İlk yarımil ərzində bank sektorunun cəmi öhdəlikləri 39,3 milyard manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Bu ötən ilin sonu ilə müqayisədə 5,1% (2,1 milyard manat) azalma deməkdir.
Keçən ilin sonunda bu göstərici 41,4 milyard manat olub.