İlk yarımil ərzində bank sektorunun aktivləri 45,2 milyard manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Bu ötən ilin sonu ilə müqayisədə 3,9% (1,9 milyard manat) azalma deməkdir.
Keçən ilin sonunda bu göstərici 47,1 milyard manat olub.