Azərbaycanda fəaliyyət göstərən İran kapitallı yeganə bank - İran Milli Bankının Bakı flialı 2023-cü ilin birinci rübünün nəticələrini açıqlayıb.
Mərkəzi Bank bu bankın - FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRDI
FED.az bankın məılumatlarına istinadən xəbər verir ki, hesabat dövründə iran bankının faiz gəlirləri 798 min manat, faiz xərcləri isə cəmi 19 min manat olub.
Bundan başqa bank xarici valyuta əməliyyatlarından 113 min manat gəlir əldə edib, eləcə də aktivlərin dəyərsizləşməsi üzrə ayrlmış ehtiyatlardan 140 min manat geri qaytarılıb. Bankın inzibati xərcləri bu dövrdə 497 min manat təşkil edib. Nəticədə bank, birinci rübü 621 min manat xalis mənfəətlə başa vurub.
Bankın aktivləri cari ilin birinci rübündə 102,3 milyon manat təşkil edib ki, bu da ötən ilin sonuna nisbətən 5,9%, yəni, 5,7 milyon manat çoxdur. Bunun 8,4 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son 3 ayda Bakı filialının kredit portfeli 10,7%, yəni, 1 milyon manat kiçilib.
Hesabat dövründə İran bankının öhdəlikləri 8,6% və ya 5,1 milyon manat artaraq 64,4 milyon manata çatıb.
Kapitalı isə 1,6%, yaxud 622 min manata yaxın artaraq 37,9 milyon manata çatıb.