Mərkəzi Londonda yerləşən bank nəhəngi "HSBC" mart ayında qızıl bazarındakı dəyişiklik zamanı 1 gündə 200 milyon dollar itirib.
Eləcə də bax: BVF-dən Misirə 2 milyard 772 milyon dollarlıq - "KORONAVİRUS KREDİTİ"
FED.az xəbər verir ki, Bloomberg "HSBC" və "JPMorgan Chase" kimi qızıl ticarətində dünyanın aparıcı banklar il ərzində 200 milyon dollar qazanmağa ümid etdiyini ifadə edərək, bu bir günlük itkinin qeyri-adi dərəcədə böyük olduğuna diqqət çəkib.
Nyu York və Londondakı qızılın qiymət fərqi 70 dollara qalxmışdı
Zərərin miqyası qızıl bazarında mart ayının sonunda emal zavodlarının və təyyarələrin uçuş məhdudiyyəti qızıl daşınmasında yaranan problemin böyüklüyünü göstərdi.
Nyu-York və London arasında bir unsiya qızıl üçün bir neçə dollar qiymət fərq olurdu. Ancaq mart ayının sonunda bu fərq 70 dollara çatdı.
Bu fərq son 40 il üzrə ən yüksək nəticədir. Nyu-York və London bazarı arasında ticarət edən "HSBC" kimi banklara bu fərqlər ciddi təsir edib.