Mərkəzi Bankın sədri Elman Rüstəmov bağlanan banklardakı pozuntuları növbəti dəfə şərh edib.
Eləcə də bax: “Yaxın hir həftə ərzində bloklanmış əmanətlərlə bağlı qərar veriləcək”
FED.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında bank rəhbəri xüsusilə əmanətlərin qəbuluna qadağadan sonra bpankların bunu davam etdirməsinin detallarını açıqlayıb.
Onun sözlərinə görə, «Atabank»da bu hallar AMB-nin requlyator olmasından əvvəl baş verib. «NBC bank»da isə bu hal artıq AMB-nin səlahiyəti dövründə olub.
E.Rüstəmov bildirib ki, bankın kapitalı dərhal AMB-ni şübhələndirib. «İlk növbədə bankın kapitalı diqqətimizi cəlb etdi. Gördük ki bank zəifdir. Onun səviyyəsi ilə bağlı verdiyi hesabatı həqiqətə uyğun deyil. Yoxlama zamanı da gördük ki, bankda təsis tədbirinə baxmayaraq bank əmanətləri qəbul etməkdə davam edir. Yəni görünür, bankıni maliyyə vəziyyətinə görə likvidlik problemi olub, amma buna tam şəkildə hesabatlarında göstərməyiblər, gizlədiblər. Biz başa düşdük ki, bank bağlanmağa gedir və ümumiyyətlə, əmanət qəbulu qadağan etdik, amma növbəti yoxlama zamanı bir də məlum oldu ki, proses (əmanətlərin qəbulu – FED.az) davam edir».
AMB rəhbəri bildirib ki, NBC bankın lisenziyasın geri alınmasında bu amil mühüm rol oynayıb: «Yəni bank requlyator və dövlətin tələbinə əməl etmir, çox riskli əməliyyatlar aparır və əhalini, maliyyə xidmətləri göstərdiyi insanları aldadır. Bundan sonra onlara əmanət qəbulunu qadağan etdik sonra bankın lisenziyası geri alındı».