“Azərbaycanda bu qədər əvvəl bağlanmış 4 bankdakı bloklanmış əmanətlərlə bağlı Konstitusiya Məhkəməsində iclas keçirilib. Yaxın bir həftəlik iş günü ərzində bloklanmış əmanətlərlə bağlı qərar veriləcək. Müsbət qərarın qəbuluna ümid edirik”.
Eləcə də bax: Təcili: Konstitusiya Məhkəməsi banklardakı - ƏMANƏTLƏRLƏ BAĞLI - İCLAS KEÇİRİLDİ
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib.
“Atabank”ı nəzərə almasaq deyə bilərik ki, bağlanmış bankların qanunsuz əmanət qəbulu AMB-nin nəzarət hüququnun olmadığı dövrdə baş verib. Banklarda əhali ilə elə şərtlərlə müqavilə imzalayırlar ki, faktiki olaraq qorunan əmanət statusu alır. Amma qorunan əmanətin limiti aşağı göstərilir. Bu prosesdə həmin problem ortalığa çıxdı. Hesab edirik ki, burada əhalinin günahı yoxdur. Bank sahibləri təqsirkardır və vətəndaşların hüquqları bərpa olunmalıdır. Hazırda biz Konstitusiya Məhkəməsi ilə əlaqədəyik. Daxili proseslər gedir. 1 300 nəfərdən çox insanın 62 milyon manatlıq əmanətinə çıxış imkanı yaranacaq”, - deyə o, qeyd edib. (Report)