Cari ilin dekabr ayında Azərbaycanda fəaliyyət göstərən 6 bankda əhalidən cəlb olunan manat və dollar əmanətləri üzrə faiz dərəcələrinə yenidən baxılıb.
FED.az xəbər verir ki, manatla qəbul olunan depozitlərin dərəcələri “Accessbank”da 10,3-11%-dən 11,5%-ə, “Azərbaycan Beynəlxalq Bankı”nda - 7,5-8%-dən 8,5-9,0%-ə, “Unibank”da - 10,5-11%-dən 11,5-12%-ə qaldırılıb. Milli valyuta üzrə əmanətlərin dərəcələri “Bank VTB”də 10-10,5%-dən 9,10-9,55%-ə, “Expressbank”da - 11-11,4%-dən 10,0-10,4%-ə enib. “Bank Respublika” ABŞ dolları ilə cəlb olunan əmanətlər üzrə faiz dərəcələrini 1,5-2%-dən 2-2,25%-ə kimi artırıb.
Eləcə də bax: Banklar kredit faizlərindən əmanətlərə nisbətən - 3 DƏFƏ ÇOX QAZANIBLAR
Bütövlükdə banklar manat əmanətlərini 6-12,75% diapazonunda qəbul edir. Milli valyuta üzrə ən yüksək faizləri "Muğanbank", ən aşağı faizləri isə "Xalq Bank" təklif edir.
Banklar dollar əmanətlərini 0,1-3% diapozonunda cəlb edirlər. Ən sərfəli faizləri yüz faiz xarici kapitallı "Accessbank", yerli "Amrahbank", "Atabank" , "Bank of Baku", "BTB Bank", "GünayBank", "NBC Bank" və "Nikoil Bank" təklif edir.
Avro əmanətləri üzrə ən yüksək faiz dərəcəsi “Ata Bank”da müəyyən olunub.
Məlumatların toplanmasında əsas kriteriya kimi vəsaitlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1000 manatı aşmaması götürülüb. Bu baxımdan icmala "Premium Bank" (minimum məbləğ 500 000 AZN), "Paşa Bank" (30 000 AZN), və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.
Aşağıdakı infoqrafikada Azərbaycanda fəaliyyət göstərən bankların əmanətlər üzrə təklif etdikləri faiz dərəcələri göstərilir: