Həm lazım olan məhsulları almaq, həm də büdcəyə qənaət etmək üçün marketlərdə kəşbək verən kartlardan istifadə etmək daha sərfəlidir.
FED.az biznes və maliyyə xəbərləri portalı marketlərdə alış-veriş zamanı ən çox kəşbək qazandıran bank kartlarını araşdırıb.
Belə ki, market alış-verişləri üçün ən çox kəşbək qazandıran kartlar «AccessBank», «Rabitəbank», «Yelobank», «Unibank»a məxsusdur.
«AccessBank»ın “MyCard White/Junior/Black” kartları ilə aylıq maksimum 100 manat qədər 3% kəşbək qazanmaq mümkündür.
«Rabitəbank»ın “Kartmane Premium” kartları ilə aylıq 20 manata qədər 3% kəşbək qazanmaq olur.
«Yelobank»ın kartları ilə “Parlaq Paket”də marketlərdə aylıq 50 manata qədər 4% kəşbək qazanmaq mümkündür.
«Unibank»ın “UCard”ında isə “Bravo” marketlərdə alış-veriş etdikdə kəşbək qazanmaq olur. UCard istifadəçiləri Premium mərhələdə 5%, Pro mərhələdə 3%, Classic mərhələdə isə 1,5% kəşbək qazanırlar.
Bank kartlarının marketlər üzrə kəşbək faizləri daha detallı aşağıdakı cədvəldə:
|
S/N |
Bank |
Kartın adı |
Marketlərdə qazanılan cashback faizi |
Aylıq maksimum cashback limiti |
|
|
|
1 |
ABB |
Bütün kartlarda "Faydalı" kəşbək kataqoriyasına uyğun |
|
|||
|
"Ailə Başçısı" Kateqoriyası |
Bazar Store - 1% |
20 manat |
|
|||
|
"Kapitalist" Kateqoriyası |
Tam Store - 1% |
|||||
|
|
|
|||||
|
2 |
AccesBank |
"MyCard White" |
3% |
100 manat |
||
|
"MyCard Junior" |
||||||
|
"MyCard Black" |
||||||
|
|
|
|||||
|
3 |
AFB Bank |
"Mono Eco Debet" |
1% |
20 manat |
||
|
"Mono Platinum" |
1,25% |
30 manat |
||||
|
|
|
|||||
|
4 |
Bank Of Baku |
"Bolkart Debet" |
Araz, Bravo - 1,5% |
10 manat |
||
|
"Bolkart Kredit" |
Araz, Bravo - 3% |
|||||
|
|
|
|||||
|
5 |
Bank Respublika |
"Neo Standart" |
3% |
10 manat |
||
|
"Neo Premium" |
25 manat |
|||||
|
|
|
|||||
|
6 |
Kapital Bank* |
"Birbank Kəşbək" |
1,20% |
100 manat |
||
|
|
|
|||||
|
7 |
Yelo Bank |
"Yelo Light" |
Standart paket - 3% |
30 manat |
||
|
Xoş gəldin paket - 1,5% |
15 manat |
|||||
|
Parlaq paket – 4% |
50 manat |
|||||
|
|
|
|||||
|
8 |
Rabitəbank |
"Kartmane Debet" |
1,00% |
20 manat |
||
|
"Kartmane Premium" |
3% |
|||||
|
"Kartmane Kredit/Junior" |
1,50% |
|||||
|
|
|
|||||
|
9 |
"Unibank"** |
"Ucard" |
Bravo Marketdə |
20 manat |
||
|
Classic mərhələ - 1,5% |
||||||
|
Pro mərhələ - 3% |
||||||
|
Premium mərhələ - 5% |
||||||
|
|
|
|||||
|
10 |
Xalq Bank |
"Xalqkart Kəşbək" |
2% |
30 manat |
||
*“Kapital Bank”da kateqoriya seçimindən asılı olaraq faizlər hə ay dəyişir. Kəşbəklər bonus kimi geri qayıdır.
**Qeyd: Ay ərzində 300 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 500 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Pro mərhələsinə keçmək olar. UBank-da "Pro" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
Ay ərzində 800 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 3000 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə, növbəti ay Premium mərhələsinə keçmək olar. UBank-da "Premium" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.













