«Günay Bank» 2022-ci ilin sonuna olan nəticələrini açqılayıb.
«Günay Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az bankın hesabatlarına istinadən xəbər verir ki, ötən il üzrə «Günay Bank»ın faiz xərcləri 14,84 milyon manat, faiz gəlirləri 11,5 milyon manat təşkil edib. Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 9,14 milyon manat, qeyri-faiz xərcləri 10,25 milyon manat olub.
2022-ci ilin sonuna bank mümkün zərərlərin qarşılanmasına 1,54 milyon manat ayırıb. 186 min manat isə vergilərin ödənilməsinə sərf edilib. Nəticədə «Günay Bank» 2022-ci ili 490 min manat xalis mənfəətlə başa vurub.
İlin sonuna bankın aktivləri 281,3 milyon manat (24,8 milyon manat və ya 9,7% artım), öhdəlikləri 213,8 milyon manat (22,9 milyon manat və ya 12% artıb) təşkil edib.
Bankın kredit portfeli 1 milyon manat azalaraq 198,74 milyon manat, o cümlədən biznes kreditləri 114,44 milyon manat, istehlak daşınmaz əmlak kreditləri 81,63 milyon manat, istehlak kreditləri isə 2,66 milyon manat olub.
İlin sonuna «Günaybank»ın depozit portfeli 111,4 milyon manat olub. Fiziki şəxslərin əmanətləri 73,84 milyon manat, hüquqi şəxslərin depozitləri isə 37,56 milyon manat olub.
Bankın cəmi kapitalı isə 1,93 milyon manat artaraq 67,55 milyon manat təşkil edib.