FED.az Azərbaycanın ən kiçik banklarından olan «Günay Bank»nın gəlir mənbələrini təqdim edir.
«Günaybank»ın xalis mənfəəti 7 dəfə aşağı düşüb – HESABAT
2020-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Günay Bank»ın gəlirləri 10 milyon 584 min manat təşkil edib. Amma başqa banklardan fərqli olaraq bunun yarıdan az hissəsi - 5 milyon 201 min manatı kredit portfeli üzrə faizlərdən daxil olub. Baxmayaraq ki, bankın kredit portfeli 204 milyon manatdan artıqdır. Müqayisə üçün qeyd edək ki, «Bank Avrasiya»nın kredit portfeli daha kiçik – 153 milyon manat olsa da, onun da kredit portfelindən faiz gəliri 5,1 milyon manat olmuşdu. «Günay Bank»da isə kredit portfelinin gəlirliyinin aşağı olması portfeldə problemli hissənin böyük olması ilə bağlıdır
Əvəzində «Günay Bank» başqa banklarda saxladığı depozitlərdən 1,6 milyon manat qazanmağı bacarıb. Daha 450 min manat isə digər banklara verilən kreditlərdən daxil olub.
Bankın digər yüksək gəlir mənbəyi komissiya haqlarıdır – yarım ildə 2,6 milyon manat, bundan başqa «Günay Bank» valyuta əməliyyatlarından 650 min manat qazanıb.
Ümumiyətlə, «Günay Bank»ın gəlirlərinin 69%-i faiz, 31%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
5 201 |
49% |
QK-a investisiyadan gəlir |
- |
- |
Digər banklara depozitlərdən gəlirlər |
1 613 |
15% |
Digər banklara kreditlərdən gəlirlər |
448 |
4% |
Komissiya haqları |
2 575 |
24% |
Valyuta əməliyyatlarından gəlirlər |
651 |
6% |
Digər faiz gəlirləri |
- |
- |
Digər qeyri-faiz gəlirləri |
96 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
10 584 |
100% |