“Günay Bank”ın səhmdarlarının tərkibi və pay bölgüsündə dəyişiklik olub.
Eləcə də bax: «Günay Bank»da şirkətlər - DEPOZİTLƏRİNİ GERİ ÇƏKİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Bankın Müşahidə Şurasının sədri və əsas səhmdarı Mahmud Məmmədov payını 58.22%-ə çatdırıb.
Bankın digər səhmdarı payını artıraraq 41.15% payla Yeganə Şirinovadır (“Günay Sığorta”nın digər səhmdarı).
Xatırladaq ki, “Günay Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın əvvəlki səhmdarları 2.67% payla Günay İldırımzadə, 2.31% payla Xanım Məmmədova və 0.63% payla Fransa vətəndaşı Əhməd Mehribani idi.