Azərbaycanın «Günay Bank» ASC 2021-ci ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az xəbər verir ki, bank bu dövrü mənfəətlə başa vurub, ötən ilin eyni dövrü ilə müqayisədə mənfəət artıb
Faiz gəlirləri artıb
Açıqlanan hesabata əsasən, ilk yarım ildə bankın faiz gəlirləri 7 milyon 019 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 667 min manat və ya 10% artıqdır.
Faiz gəlirlərinin artımı kreditlərdən daxil olan faizlərin hesabınadır. «Günay Bank» 5 milyon 526 min manat manat kredit faizi əldə edib ki, bu da ötən ilin eyni dövründən 971 min manat və 21,3% artıqdır.
Əmanətlər üzrə ödənişləri yüksəlib
İlk yarım ildə «Günay Bank»ın faiz xərcləri də 14% artaraq 3 milyon 864 min manatdan 4 milyon 412 min manata yüksəlib.
Bu dövrdə bankdakı əmanətlər üzrə ödənilən faizlərin məbləği 194 min manat və yaxud 11,8% artaraq 1 milyon 837 min manat təşkil edib.
Nəticədə ilk yarım ilin yekununda «Günay Bank»ın xalis faiz gəliri 2 milyon 607 min manat təşkil edib.
Haqq və komissiya gəlirləri azalıb
İlk yarım ildə «Günay Bank»ın qeyri-faiz gəlirləri 500 min manat və ya 11,5% azalaraq 3 milyon 883 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 4 milyon 390 min manat idi.
Bu dövrdə bankın haqq və komissiya gəlirləri 9% azalaraq 2 milyon 411 min manat olub. «Günaybank»ın valyuta əməliyyatlarından gəlirləri də 17% azalaraq 1 milyon 378 min manata enib.
Əmək haqqı xərcləri artıb
İlin ilk yarısının nəticələrinə görə, «Günay Bank»ın qeyri-faiz xərcləri 419 min manat və ya 9,6% artaraq 4 milyon 781 min manat olub.
Bu dövrdə əmək haqqı xərcləri 1,7% artaraq 1 milyon 992 min manat, inzibati xərclər isə 1 milyon 262 min manat olub.
Nəticədə bank ilk yarım ili 1 milyon 709 min manat əməliyyat mənfəəti ilə başa vurub.
Bu vəsaitin 1 milyon 82 min manatı mümkün zərərlər üzrə ehtiyat kimi ayrılıb.
Xalis mənfəətdə artım var
Nəticədə ilk yarım ildə «Günay Bank»ın xalis mənfəəti 626 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% artıqdır.
Aktivləri artıb
İlin əvvəlindən bəri bankın aktivləri 14 milyon 403 min manat və ya 5,8% artaraq 249 milyon 445 manat olmuşdur.
Bu dövrdə bankın nağd vəsaitləri 5 milyon 327 min manat artaraq 26 milyon 184 min manat olmuşdur.
Müştərilərə verilən kreditlər isə 6 milyon 222 min artaraq 197 milyon 87 min manat olub.
İlk yarım ildə «Günay Bank»ın təkcə biznes kreditləri 1 milyon 908 min manat və ya 1,5% artaraq 128 milyon 135 min manat olmuşdur.
Şirkətlər depozitlərini geri çəkib
Bu dövrdə bankın öhdəlikləri 13 milyon 746 min manat və ya 7,6% artaraq 193 milyon 711 min manat olub.
İlk yarım ildə bankda fiziki şəxslərin əmanətləri 22 milyon 370 min manat və ya 32,4% artaraq 91 milyon 258 min manat olub.
Hüquqi şəxslərin depozitləri isə 2 milyon 956 min manat və ya 11,5% azalaraq 22 milyon 644 min manata enib.
Hesabat dövrünün sonuna «Günay Bank»ın kapitalı 656 min manat və ya 1% artaraq 65 milyon 733 manat olmuşdur.