FED.az Banker.az-a istinadən xəbər verir ki, cari ilin fevralında “Günay Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsini tərk edən Teymur Axundov Rafaeloviç Avropada iş tapıb.
Eləcə də bax: «Günay Bank»ın rəhbərliyində - DƏYİŞİKLİK GÖZLƏNİLİR
Daha dəqiq desək, o, Çex Respublikasının paytaxt Praqa şəhərində yerləşən “Speed outsourcing services CZ s.r.o.” şirkətində maliyyə analitiki və məsləhətçisi vəzifəsinə təyin olunub. Vəzifəsinin icrasına bu aydan başlayıb.
Bildirək ki, Axundov “Günay Bank”da 2017-2019-cu illər ərzində İdarə Heyəti sədrinin müavini olub (onun bankı tərki barədə Banker.az artıq məlumat vermişdi). Axundov “Günay Bank”ı tərk etdikdən sonra Şükürov Elşən Cavanşir oğlu təyin edilib.
Daha əvvəl isə “Ata Bank” və “Kapital Bank” kimi böyük banklarda departament rəhbəri vəzifəsində çalışıb.
(s.r.o Çex dilində -společnost z ručením omezením: məhdud məsuliyyətli cəmiyyət)