«Günay Bank»ın rəhbərliyində dəyişiklik gözlənilir. FED.az xəbər verir ki, 17 Oktyabr 2019-cu il tarixində "Günay Bank" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Növbədənkənar toplantının gündəliyinə Müşahidə Şurasının yeni üzvlərinin seçilməsi və üzvlərin yeni siyahısının təsdiq olunması, Audit Komitəsinin yeni üzvlərinin seçilməsi və üzvlərin yeni siyahısının təsdiq olunması və digər məsələlər daxildir.
Yığıncaq bankın inzibati binasında (Bakı şəhəri Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3A) saat 15-də keçiriləcək.