İyulun 5-də «Günay Bank» ASC-nin səhmdarlarının iclası keçiriləcək.
«Günay Bank» kiçilir, kreditlərin yarıdan çoxu qaytarılmır - İKİQAT AZALMA – HESABAT
FED.az xəbər verir ki, iclas Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında baş tutacaq.
Müzakirə olunan əsas məsələ Günay Bankın nizamnamə kapitalının artırılmasıdır.
Xatırladaq ki, hazırda «Günay Bank»ın ümumi kapitalı 68 milyon manat, nizamnamə kaapitalı isə 64,9 milyon manatdır.
2023-cü ilin 1-ci rübünün nəticələrinə görə, bank sürətlə kiçilir, gəlirləri və mənfəəti azalıb.
Bankın əsas səhmdarları Mahmud Məmmədov və Yeganə Şirinovadır – onlar bankın bütün səhmlərinin 99,7%-nə nəzarət edirlər.