«AFBank» ASC 2019-cu ilin ilk yarısının nəticələrini açıqlayıb. FED.az bankın mənfəət zərər hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə bankın faiz gəlirləri 14,3 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 milyon manat və ya 24,2% azdır.
Eləcə də bax: Azərbaycan bankları 2-ci rübü necə tamamlayıb? – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI – YENİLƏNİR
İlk yarım ildə bankın faiz xərcləri 1,2 milyon manat təşkil edib. Bundan başqa, «AFBank» faiz borcu üzrə məqsədli ehtiyat yaratmağa 4,6 milyon manat ayırıb. Nəticədə bankın xalis faiz gəliri 8,5 milyon manat olub.
İlk yarım ildə «AFBank»ın qeyri-faiz gəlirləri 4,7 milyon, qeyri-faiz xərcləri isə 9,5 milyon manat olub. Bu göstəricilər ötən illə müqayisədə demək olar, dəyişməyib.
Əvəzində FED.az xəbər verir ki, bank bu il işçilərə əmək haqqını və inzibati xərcləri kəskin azaldıb.
Belə ki, 2018-ci ilin ilk yarısında bank işçilərinə (əmək haqqı və digər formada) 4,1 milyon, inzibati xərclərə isə 3,1 milyon manat ödədiyi halda, bu ilin eyni dövründə işçilərə xərclər 2,1 milyona, inzibari xərclər isə 1,3 milyon manata düşüb. Başqa sözlə, bank təkcə bu iki maddə üzrə xərclərini 2,8 milyon manat azaltmağa nail olub.
Ötən illə müqayisədə banka ödəniləq haqq və komissiyalar (müştəri aktivliyinin və bankda aparılan əməliyyatların aktivliyinin göstəricisidir) da iki qat azalaraq 3,5 milyon manatdan 1,6 milyon manata düşüb.
Bütün bunları nəzərə aldıqdan sonra bankın əməliyyat mənfəəti 3,7 milyon manat təşkil edib. Aktivlәr üzrә mümkün zәrәrlәrin ödәnilmәsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılmış 2,1 milyon manatı nəzərə alanda, «AFBank»ın ilk yarım ildə xalis mənfəəti 1 milyon 677 min manat təşkil edib.
Bu ötən ilin eyni övrü ilə müqayisədə 3 dəfə azdır (5,33 milyon manat olmuşdu).
2019-cu ildə «AFBank»ın cəmi aktivləri 99 milyon manat və ya 19% azalaraq 523 milyon manatdan 424 milyon manata enib.
Bankın cəmi kapitalı isə ötənilki dövrlə müqayisədə 4 milyon manat artıqdır və 76 milyon manat təşkil edir.
Hərçənd, qeyd etmək lazımdır ki, ötən dövrdə AFBankın cəmi kapitalı daha yüksək göstəriciyə qalxaraq 2018-ci ilin sonunda 88 milyon manata yaxınlaşmışdı, onu nəzərə alanda 2019-cu ilin əvvəli ilə müqayisədə bankın cəmi kapitalında 12 milyon manata yaxın azalma var.
Əvəzində bank, ötən dövrdə öz öhdəliklərini də «yüngülləşdirib». Bankın öhdəlikləri 100 milyon manat azalaraq 450,8 milyon manatdan 347,7 milyon manata düşüb.
2019-cu ilin ilk yarısının nəticəsi olaraq bankın müştərilərə verdiyi kreditlər 26,4 milyon manat və ya 12% artaraq 251,2 milyon manata qalxıb.
Bu dövrdə bankdakı depozitlər 95 milyon manat azalaraq 317,1 milyon manatdan 222,1 milyon manata düşüb.
«Gilan»ın bankının vəziyyəti məlum oldu – HESABAT
09:02
24 İyul 2019