2024-cü ildə əsas kapitala Gəncə şəhərində 107,0 milyon manat vəsait yönəldilib.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 38,1 faiz azdır
Əsas kapitala yönəldilmiş vəsaitlərin 52,7 faizi dövlət, 47,3 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 93,6 milyon manatı və ya 87,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub və 39,5 faiz azalıb.