“Bank Avrasiya”ya yatırılan depozitlər azalıb.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az bankın maliyə hesabatına istinadən xəbər verir ki, ötən il banka depozitə yatırılan pulların məbləği azalıb.
Belə ki, 2019-cu ildə “Bank Avrasiya”nın depozit portfeli 53 milyon 822 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 633 min manat və ya 1,2% azdır.
Eləcə də bax: Daha bir bankın vəziyyəti - MƏLUM OLDU – HESABAT
Bankda əsas azalma fiziki şəxslərin yatırdığı depozitlərdə olub. 2019-cu ildə bankda fiziki şəxslərin depozitlərinin məbləği 38 milyon 985 min manat təşkil edib. Bu da 2018-ci illə müqayisədə 6 milyon 567 min manat və ya 14,4% azdır. 2018-ci ildə bankda fiziki şəxslərin depozitləri 45 milyon 552 min manat təşkil edib.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Bankda hüquqi şəxslərin depozitləri 2019-cu ildə 14 milyon 838 min manat olub. Bu məbləğ 2018-ci illə müqayisədə 5 milyon 934 min manat və ya 66,6% çoxdur. Qeyd edək ki, 2018-ci ildə bankın hüquqi şəxslərin depozitləri 8 milyon 904 min manat təşkil edib.