«Bank Avrasiya» 2019-cu ilin sonuna olan hesabatını açıqlayıb.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az xəbər verir ki, ötən il bank cüzi də olsa böyüyüb - aktivləri 2,8 milyon manat və ya 1,7% artaraq 170,4 milyon manata çatıb.
Bankın kreditləri təqribən 10 milyon manat artaraq 99 milyondan 109,2 milyon manata yüksəlib.
Ehtiyat ayırmaları çıxandan sonra xalis kredit portfeli 97,3 milyon manatdır.
Amma bu artımdan sonra da «Bank Avrasiya»nın kredit portfeli bank sktorunda ən kiçiklərdən sayılır.
Bankın öhdəlikləri isə 2,7 milyon manat azalaraq 100,7 milyon manata enib.
2019-cu ilin nəticələrinə görə «Bank Avrasiya»nın kapitalı artıb. Bu göstərici 5,5 milyon manat artaraq 69,7 milyon manata çatıb.
2019-cu ildə bankın «yaralı yeri» depozitlər olub. Ötən il Bank Avrasiyada depozitlər cüzi də olsa azalıb – 634 min manat və ya 1,2%.
Ən çox azalan əmanətlər olub – ötən il fiziki şəxslərin bankdakı əmanətləri 6,6 milyn manat azalaraq 39 milyon manata düşüb.
Əvəzində hüquqi şəxslərin depozitində təxminən o qədər artım var – 5,9 milyon manat artımla 14,8 milyona yüksəlib.
Maraqlıdır ki, «Bank Avrasiya» mənfəət-zərər hesabatını hələ açıqlamayıb. Amma bildirir ki, ili 5 milyon 357 min manat xalis mənfəətlə başa vurub.
Əvvəlki illərin mənfəətini də nəzərə alanda «Bank Avrasiya»nın 18 milyon 15 min manat bölüşdürülməmiş mənfəəti var.
Maliyyə vəziyyəti haqqında hesabat |
|||
Hesabatlılıq dövrü: 31.12.2019
Yenilənmə tarixi: 29.01.2020 |
|||
Hesabat dövrü | Ötən ilin sonu | ||
1 | Aktivlər: | 170438.35 | 167637.08 |
1.1 | Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait | 32353.11 | 25796.85 |
1.2 | Ticarət və investisiya qiymətli kağızları | 28617.75 | 34157.76 |
1.3 | Banklar və digər maliyyə institutlarındakı depozitlər | 3275.64 | 15398.47 |
1.4 | Banklar və digər maliyyə institutlarına verilən kreditlər | 984.12 | 1167.77 |
1.5 | Müştərilərə verilmiş kreditlər | 109250.45 | 99005.91 |
1.5.1 | a) istehlak kreditləri | 3470.65 | 5056.94 |
1.5.2 | b) biznes kreditləri | 63130.85 | 71113.43 |
1.5.3 | c) daşınmaz əmlak kreditləri | 42648.94 | 22835.54 |
1.5.4 | d) digər kreditlər | 0 | 0 |
1.5.5 | Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat | 11975.83 | 14328.15 |
1.5.6 | Müştərilərə verilmiş kreditlər (xalis) | 97274.62 | 84677.75 |
1.6 | Əmlak və avadanlıqlar | 5814.22 | 4371.27 |
1.7 | Qeyri-maddi aktivlər | 255.95 | 281.22 |
1.8 | Təxirə salınmış vergi aktivləri | 25.51 | 0 |
1.9 | Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 34.62 | 23.76 |
1.10 | Digər aktivlər | 1872.05 | 1809.75 |
2 | Öhdəliklər: | 100721.38 | 103422.85 |
2.1 | Depozitlər | 53821.51 | 54454.8 |
2.1.1 | a) fiziki şəxslərin depozitləri | 38984.45 | 45551.37 |
2.1.2 | b) hüquqi şəxslərin depozitləri | 14837.06 | 8903.43 |
2.2 | Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər | 0 | 0 |
2.3 | Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər | 45789.36 | 47955.49 |
2.4 | Borc qiymətli kağızları | 0 | 0 |
2.5 | Cari vergi öhdəlikləri | 282.25 | 118.79 |
2.6 | Təxirə salınmış vergi öhdəliyi | 0 | 0 |
2.7 | Subordinasiya borc öhdəlikləri | 0 | 0 |
2.8 | Digər öhdəliklər | 828.26 | 893.76 |
3 | Kapital: | 69716.97 | 64214.23 |
3.1 | Səhmdar kapitalı | 50000 | 50000 |
3.2 | Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər) | 0 | 0 |
3.3 | Bölüşdürülməmiş mənfəət | 18015.04 | 12658.26 |
3.4 | Ümumi ehtiyatlar: | 1701.93 | 1555.97 |
3.4.1 | a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar | 1416.81 | 1275.37 |
3.4.2 | b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar | 0 | 0 |
3.4.3 | c) digər ümumi ehtiyatlar | 285.12 | 280.6 |
4 | Cəmi öhdəliklər və kapital | 170438.35 | 167637.08 |