“Premium Bank” ASC-nin depozit portfeli 2020-ci il ərzində 39.73 mln manat, yəni, 8.4 faiz kiçilib.
Eləcə də bax: «Premium Bank»ın vəziyyəti məlum oldu – 2 QAT AZALMA
FED.az Banker.az-a istinadən xəbər verir ki, depozit portfelinin yanvar 2021-ci il tarixinə həcmi 431.12 mln manat olub.
Portfelindəki azalmanın səbəbi, fiziki şəxslərin 50.4 mln manatlıq depozitlərin geri çəkməsidir. Portfelin həcmi illik müqayisədə 13.6% azalmaqla 319.52 mln manata düşüb.
Şirkətlərin bankdakı depozitləri isə son bir ildə 10.57 mln manat, yəni, 10.5% artmaqla 111.6 mln manata yüksəlib.