Azərbaycanın aparıcı banklarından olan «Premium Bank» 2020-ci ilin sonuna olan nəticələri açıqlayıb.
FED.az bankın hesabatına əsasən xəbər verir ki, ötən il bankın faiz gəlirləri 34,77 milyon manat (9% azalma), faiz xərcəri 19,68 milyon manat (52% artım) təşkil edib.
Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI
Faiz xərclərinin belə kəskin artiması bankın depozitlər üzrə daha çox faiz ödəməsi ilə bağlıdır. Ötən il «Premium bank» depozit sahiblərinə 1717,5 milyon manatdan çox faiz ödəyib ki, bu da 2019-la müqayisədə 7,5 milyon manat və ya 73% artıqdır.
Yeri gəlmişkən, hesabat dövründə «Premium bank»dakı depozitlərin artmadığını, hətta azaldığını nəzərə alanda, depozitlər üzrə ödənişlərin artımının əmanət faizlərinin yüksəlməsi ilə izah etmək olar.
Nəticədə bankın xalis faiz gəliri əvvəlki illə müqayisədə 40,5% azalaraq 15,1 milyon manata enib.
2020-ci ildə «Premium Bank»ın qeyri-faiz gəlirləri kəskin – 33,6% azalaraq 14,06 milyon manat təşkil edib.
Xüsusilə bank müştərilərinin aktivliyinin göstəricisi olan alınan haqq və kommisiya gəlirləri 40% azalaraq 16,1 milyon manatdan 9,7 milyon manata düşüb.
Hesabat dövründə bankın qeyri-faiz xərcləri də azalıb. Xərclər 7 milyon manat və ya 21% aşağı düşüb. Azalma əmək haqlarından da yan keçməyib bankın kollektivinin maaşlarına ayrılan vəsait 220 min manat və ya 4% azalaraq 4,9 milyon manata düşüb.
Əsas azalma digər xərclər bölməsində olub – təqribən 6,2 milyon manat.
Nəticədə «Premium bank» ili 2 milyon 586 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bu əvvəlki illə müqayisədə 5 dəfə azdır (ötən il 13 milyon manat olmuşdu).
2020-ci ildə bank mümkün zərərlər üzrə ayrılan ehtiyatlardan 2,8 milyon manatını geri qaytarıb, nəticədə mənfəət vergisindən əvvəlki mənfəət 5,4 milyorn manat olub.
1 450 min manat mənfəət vergisi ödənişindən sonra Premium bankın 2020-ci il üzrə xalis mənfəəti 3 milyon 964 mni manat təşkil edib.
Bu əvvəlki illə müqayisədə 2,2 dəfə azdır.
Hesabat dövründə bankın aktivləri 1,7% artaraq 653,3 milyon manata çatıb.
Bankın kredit portfelinin həcmində ciddi dəyişiklik yoxdur - kreditlər 567,6 milyon manatdan 570,1 milyon manata yüksəlib. Əvəzində kreditlərin payında dəyişiklik var. «Premium bank»ın biznes kreditləri portfelində 15 milyon manat və ya 2,6% azalmadan sonra bu məbləğ 540 milyon manata düşüb. Əvəzində ipoteka kreditləri 2,6 dəfə artaraq 28 milyon manatı keçib.
2020-ci ildə bankın öhdəlikləri 38 milyon manat və ya 8% azalaraq 472,8 milyon manata düşüb. Ötən il «Premium bank»ıqn depozit portfeli 50 milyon manat və ya 13,5% azalaraq 319,5 milyon manata düşüb.
Əvəzində bankın kapitalı 50 milyon manatdan artıq və ya 41% artaraq 180 milyon manatı keçib.