Azərbaycanda fiziki şəxslərin depozitlərində artımın ən çox baş verdiyi bankların adları məlum olub.
FED,az bunu bankların rüblük hesabatları əsasında hazırladığı renkinqə istinadən xəbər verir.
Belə ki, ən çox artım “AFB Bank”da qeydə olunub. Bu banka əhali tərəfindən yerləşdirilmiş əmanətlər son bir ildə 43,2 milyon manat və ya 2,4 dəfə artaraq 73,2 milyon manatı keçib.
“AFB Bank”dan sonra növbəti yüksək artım “Bank of Baku”da hiss olunub.
Bu banka əhalinin yerləşdirdiyi əmanətlər illik müqayisədə 145 milyon manat, başqa sözlə 44,1% artaraq 475,5 milyon manata çatıb.
“Rabitəbank”da fiziki şəxslərin depozitləri isə 128,3 milyon manat və ya 40,5% artaraq 445,5 milyon manata yaxınlaşıb.
“Yelo Bank” 31,1% (135,6 milyon manat) artımla dördüncü, “Unibank” isə 22% (169,9 milyon manat) artımq qeydə alınıb.
Ötən il sonunda ən yüksək fiziki şəxslər tərəfindən çox depozit isə 2 milyard 154 milyon 194 min manat həcmində ölkənin ən nəhəng bankı olan "Azərbaycan Beynəlxalq Bank"ına yerləşdirilib.
2022-ci ildə fiziki şəxslər tərəfindən 10,4 milyon manat depozit portfelinə malik olan “Naxçıvan Bank”da 3,2 dəfə (7,1 milyon manat) azalma baş verib. Əhalinin pullarını kəskin şəkildə geri götüməsi nəticəsində bu növ əmanət portfeli 3,2 milyon manata düşüb.