Azərbaycanda mobil bankçılıq üzrə əməliyyatların həcmində artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin oktyabrın 1-nə bu növ əməliyyatların həcmi 2 milyard 607 milyon manat olub.
Bu da illik müqayisədə 1 milyard 456 milyon manat (2,3 dəfə), aylıq müqayisədə 7 milyon manat (0,3%) artım deməkdir.
Belə ki, 2022-ci ilin oktybarın 1-nə bu növ əməliyyatların sayı 1 milyard 151 milyon manat, cari ilin sentyabrın 1-nə 2 milyard 600 milyon manat olub.