“Expressbank” ASC-nin Audit Komitəsinə yeni üzv seçilib.
Eləcə də bax: “Expressbank”da - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, bank səhmdarlarının qərarı ilə Cavadov Əfqan Şirin oğlu Audit Komitəsinin üzvi seçilib.
Qeyd edək ki, hazırda bankın audit komitəsinin sədri Nağıyev Rüfət Ramiz oğludur. Komitənin digər üzvü isə Məmmədova Esmira Ələsgər qızıdır.
1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Institutun “Mühasibat uçotu və Audit” fakültəsini bitirib. İş fəaliyyətinə 1999-cu ildən mühasib kimi başlamış və müxtəlif şirkətlərdə çalışaraq baş direktorun müavini vəzifəsinədək yüksəlmişdir. 06 Mart 2020-ci il tarixindən “Expressbank” ASC-nin Müşahidə Şurasının üzvü vəzifəsində çalışıb. Səhmdarların növbədənkənar ümumi yığıncağının 30.06.2020-ci il tarixli qərarı ilə Əfqan Cavadov Müşahidə Şurasının sədri təyin edilib.