FED.az “Expressbank”ın gəlir mənbələrini təqdim edir.
“Expressbank”ın faiz gəlirləri 61 milyon manata yaxınlaşır
2025-ci ilin 3-cü rübündə “Expressbank” ümumilikdə 75 milyon 61 min manat gəlir əldə edib. Bankın gəlir strukturuna nəzər saldıqda aydın olur ki, əsas maliyyə mənbəyi məhz kredit portfeli üzrə faiz gəlirləridir. Bu istiqamətdən əldə edilən 57 milyon 905 min manat, ümumi gəlirin 77%-ni təşkil edib və bankın fəaliyyətində aparıcı rol oynayıb.
İkinci ən böyük gəlir mənbəyi kimi komissiya haqları önə çıxır. Müştərilərə göstərilən xidmətlərdən əldə olunan bu gəlir 11 milyon 392 min manat olub ki, bu da ümumi gəlirin 15%-i səviyyəsindədir.
Bankın valyuta əməliyyatlarından gəlirləri də nəzərəçarpacaq dərəcədə müsbət nəticə göstərib. Bu əməliyyatlardan 2 milyon 471 min manat qazanılıb və bu, ümumi gəlirin 3%-nə bərabərdir.
Qiymətli kağızlara yatıımlar və digər faiz gəlirləri daha kiçik paya malikdir. Belə ki, QK-a investisiyalardan 1 milyon 722 min manat (2%), digər banklara depozitlərdən 539 min manat (1%), digər banklara kreditlərdən isə 274 min manat (1%) gəlir əldə olunub.
Bundan əlavə, digər faiz gəlirləri 216 min manat, digər qeyri-faiz gəlirləri isə 542 min manat təşkil edib ki, hər biri ümumi gəlirin təxminən 1%-ni əhatə edir.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
57 905 |
77% |
|
QK-a investisiyadan gəlir |
1 722 |
2% |
|
Digər banklara depozitlərdən gəlirlər |
539 |
1% |
|
Digər banklara kreditlərdən gəlirlər |
274 |
1% |
|
Komissiya haqları |
11 392 |
15% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
2 471 |
3% |
|
Digər faiz gəlirləri |
216 |
1% |
|
Digər qeyri-faiz gəlirləri |
542 |
1% |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
75 061 |
100% |














