2024-cü ildə "Express Bank" 2023-cü ilə nisbətdə ümumi gəlirlərini 16.3% artıraraq 89 111 000 manata çatdırıb. Qeyd edək ki, bank 2023-cü ilin sonu 76 630 000 manat gəlir əldə edib.
Əhalinin "Expressbank"dakı əmanətləri 33% artıb
Bu, bankın əsas gəlir mənbəyi olan kredit faizlərinin 12 900 000 manat artması ilə əlaqəlidir. Belə ki, kredit faizlərindən gəlir 51 110 000 manatdan 64 110 000 manata yüksələrək 25.4% artım göstərib. Bankın ümumi gəlirlərində kredit faizlərinin payı 67%-dən 71%-ə yüksəlib ki, bu da kredit portfelinin böyüdüyünü göstərir.
Eyni zamanda, komissiya haqları 1 254 000 manat artaraq 15 268 000 manata yüksəlib. Bu, 2023-cü illə müqayisədə 8.9%-lik artım deməkdir. 2023-cü ildə bu mənbədən əldə olunan gəlirin həcmi 14 014 000 manat təşkil edib. Ümumi gəlirlərdə pay dəyişməz – 17% olaraq qalıb.
Valyuta əməliyyatlarından gəlir isə əksinə azalıb. Belə ki, 2023-cü ildə bu göstərici 4 451 000 manat təşkil edirdi, 2024-cü il isə 4 183 000 manata qədər geriləmə müşahidə edilib. Başqa sözlə desək bankın valyuta əməliyyatlarından gəliri illik müqayisədə 268 000 manat – 6% azalıb. Ümui gəlirlərdəki çəkisi isə 6%-dən 5%-ə enib.
Bankın investisiya fəaliyyətində də geriləmə müşahidə edilib – qiymətli kağızlardan faiz gəliri 1 933 000 manat və ya 43,4% azalaraq 2 520 000 manata enib. 2023-cü ildə bu göstərici 4 453 000 manat idi. Azalmanın təsiri olaraq gəlir mənbəsinin ümumi gəlirlərdə çəkisi 2 dəfə azalaraq 6%-dən 3%-ə düşüb.
Digər bir kəskin azalma bankın digər banklardakı depozitlərindən əldə etdiyi gəlir sahəsində baş verib. Bank bu sahədən 2023-cü ildə 1 814 000 manat qazanc götürməsinə baxmayaraq, ötən il bu göstərici isə 1 119 000 manat – 61,6% azalaraq 695 000 manata düşüb. Gəlir mənbəsinin ümumi gəlirlərdəki payı da 2%-dən 1%-ə qədər geriləyib.
Bunun əksinə, bank digər banklara verilmiş kreditlərdən gəlir 1 042 000 manata gəlir götürüb, 2023-cü ildə isə bu sahədən ümumiyyətlə gəlir formalaşmayıb. Sözügedən gəlir mənbəsi ümumi gəlirin 1%-lik hissəsini əhatə edir.
Digər faiz gəliri 2023-cü illə müqayisədə 111 000 manat – 49,1% azalaraq 115 000 manata düşüb. Məbləğ baxımından gəlirin həcmi azalsa da ümumi gəlirlərdə payı stabil – 1% olaraq qalıb.
Əvəzində digər qeyri-faiz gəliri əhəmiyyətli artım nümayiş etdirib. Bank 2023-cü il bu sahədən cəmi 495 000 manat gəlir qazanmışdı. Ötən il digər qeeyri-faiz gəlirlərinin hesabına bank 1 178 000 manat əlavə gəlir əldə edə bilib. Müqayisə üçün qeyd edək ki, artım 683 000 manat və ya 57,9% təşkil edir . Digər qeyri-faiz gəlirlərinin həcmi hər iki il üzrə ümumi gəlirlərin 1%-i qədər olub.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
64 110 |
71% |
Komissiya haqları |
15 268 |
17% |
Valyuta əməliyyatlarından gəlirlər |
4 183 |
5% |
QK-a investisiyadan gəlir |
2 520 |
3% |
Digər banklara depozitlərdən gəlirlər |
695 |
1% |
Digər banklara kreditlərdən gəlirlər |
1 042 |
1% |
Digər faiz gəlirləri |
115 |
1% |
Digər qeyri-faiz gəlirləri |
1 178 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
89 111 |
100% |