2024-cü ildə "Expressbank"ın öhdəlikləri 481,5 milyon manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata görə bu illik müqayisə ilə 51,2 milyon manat, başqa sözlə 12% çoxdur.
Depozit portfelinin həcmi 262,1 milyon manat olub ki, onun da 202,3 milyon manatı fiziki, 59,8 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit protfelində 31,7 milyon manat (14%), əhalinin depozitlərində isə 50,2 milyon (33%), artım baş verib.