FED.az Azərbaycan aktiv banklarından olan «Expressbank»ın gəlir mənbələrini təqdim edir.
«Rabitəbank » ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Expressbank»ın ümumi gəlirləri 32 milyon 386 min manat təşkil edib.
Hesabat dövründə (ilk 6 ayda) bankın gəlirlərinin ən böyük hissəsi – 22,2 milyon manatı və ya 69%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 5,4 milyon manat daxil olub, bu bankın bütün gəlirlərinin 17%-i deməkdir.
Daha 3,3 milyon manat isə «Expressbank»ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 10%-i.
Qiymətli kağızlar bazarına yatırımlardan «Expressbank» 1,3 milyon manat gəlir əldə edib – ümumi gəlirlərin 4%-i.
Ümumiyyətlə, «Expressbank»ın ümumi gəlirlərində faiz gəlirləri 73%, qeyri-faiz gəlirləri 27% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
22 177 |
69% |
QK-a investisiyadan gəlir |
1 283 |
4% |
Digər banklara depozitlərdən gəlirlər |
- |
- |
Digər banklara kreditlərdən gəlirlər |
- |
- |
Komissiya haqları |
5 388 |
17% |
Valyuta əməliyyatlarından gəlirlər |
3 333 |
10% |
Digər faiz gəlirləri |
105 |
- |
Digər qeyri-faiz gəlirləri |
- |
- |
|
|
|
CƏMİ GƏLİRLƏR |
32 386 |
100% |