FED.az Azərbaycanın aparıcı banklarından olan «Rabitəbank»ın gəlir mənbələrini təqdim edir.
«Azər Türk Bank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Rabitəbank»ın ümumi gəlirləri 53 milyon 926 min manat təşkil edib.
Hesabat dövründə (ilk 6 ayda) bankın gəlirlərinin ən böyük hissəsi – 27,9 milyon manatı və ya 52%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 15,5 milyon manat daxil olub, bu bankın bütün gəlirlərinin 29%-i deməkdir.
Daha 3,6 milyon manat isə «Rabitəbank»ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 7%-i.
Qiymətli kağızlar bazarına yatırımlar isə «Rabitəbank»a 3,3 milyon manat gəlir gətirib – ümumi gəlirlərin 6%-i.
Bunlardan əlavə «Rabitəbank» digər qeyri-faiz gəlirlərindən 3,3 milyon manat qazanıb – ümumi gəlirlərin 6%-i.
Ümumiyyətlə, «Rabitəbank»ın ümumi gəlirlərində faiz gəlirləri 59%, qeyri-faiz gəlirləri 41% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
27 892 |
52% |
QK-a investisiyadan gəlir |
3 308 |
6% |
Digər banklara depozitlərdən gəlirlər |
191 |
- |
Digər banklara kreditlərdən gəlirlər |
188 |
- |
Komissiya haqları |
15 495 |
29% |
Valyuta əməliyyatlarından gəlirlər |
3576 |
7% |
Digər faiz gəlirləri |
2 |
- |
Digər qeyri-faiz gəlirləri |
3 269 |
6% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
53 926 |
100% |