“Express Bank” ASC kredit portfelini son 6 ayda 28%-dən çox artırıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın cari ilin II rübündə kredit portfelinin həcmi 297,1 milyon manat olub. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 83,5 milyon manat, yaxud 28,1% çoxdur.
Bunun da 175,3 milyon manatını istehlak, 105,2 milyon manatını biznes, 70 milyon manatını daşınmaz əmlak kreditləri təşkil edib.
Ötən ilin sonundan bu yanadək istehlak kreditlərinin həcmi 15,9 milyon manat, yəni 10,0%, biznes kreditlərinin həcmi 9,3 milyon manat (9,8%), daşınmaz əmlak kreditlərinin həcmi 28,1 milyon manat (67,2%) artıb.
Ümumilikdə bu dövrdə mümkün zərərlər üçün 4 milyon 892 min manata həcmində ehtiyat vəsaiti yaradılıb. Müştərilərə 345 milyon 653 min manat xalis kredit verilib.