“Bank Respublika” ASC kredit portfelini son 6 ayda 10%-ədək artırıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın cari ilin II rübündə kredit portfelinin həcmi 1 milyard 54,6 milyon manat olub. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 92 milyon manat, yaxud 9,6% çoxdur.
Kredit portfelinin 248,7 milyon manatını istehlak, 711,7 milyon manatını biznes, 94 milyon manatını daşınmaz əmlak, 240 min manatını isə digər kreditlər təşkil edib. Ötən ilin sonundan indiyədək istehlak kreditlərinin həcmi 21 milyon manat, yəni 9,3%, biznes kreditlərinin həcmi 53 milyon 630 min manat (8,1%), daşınmaz əmlak kreditlərinin həcmi 17 milyon 373 min manat (22,7%) artıb.
Ümumilikdə bu dövrdə müştərilərə 1 milyard 48 milyon 121 min manat xalis kredit verilib.