Müasir dövrdə vətəndaşların maliyyə ehtiyaclarını qarşılamaq üçün banklardan nağd kreditlərə müraciəti artmaqdadır. Azərbaycanda fəaliyyət göstərən banklar müxtəlif şərtlərlə kredit təklif edir.
Azərbaycanda kreditlərin sığortasına maraq - 34% ARTIB
FED.az xəbər verir ki, bankların təqdim etdiyi kredit məbləği, illik faiz dərəcələri, komissiya haqları və müddətləri geniş spektrdə dəyişir və bu fərqliliklər kredit götürənlər üçün həm imkan, həm də seçim çətinliyi yaradır.
Banklar nağd kreditlər üzrə minimum 200 AZN-dən başlayaraq maksimum 50 000 AZN-dək məbləğlər təklif edirlər. Əksər hallarda, kredit məbləği müştərinin gəliri, kredit tarixçəsi və bankın daxili qiymətləndirmə sisteminə uyğun olaraq müəyyən edilir.
İllik faiz dərəcələri isə bazarda kəskin dəyişkənlik göstərir. Ən aşağı faiz dərəcəsi 9,9%-dən başlayır. Lakin bəzi banklarda bu rəqəm 18%-ə qədər yüksəlir.
Komissiya məsələsinə gəldikdə isə, bankların bəziləri kredit rəsmiləşdirilməsi zamanı heç bir komissiya haqqı tələb etmir. Digər banklar isə 1%-dən 3%-ə qədər komissiya haqqı tətbiq edir.
Kreditlərin müddəti də bankdan banka dəyişir və minimum 3 ay, maksimum 59 ay (təxminən 5 il) aralığında dəyişir.
Nəticə olaraq, Azərbaycanda nağd kredit bazarı kifayət qədər rəqabətli və geniş seçim imkanları ilə zəngindir. Kredit götürmək istəyən şəxslər yalnız aylıq ödənişlərə deyil, həm də ümumi faiz dərəcəsinə, komissiya haqlarına və kreditin müddətinə diqqət etməlidir.
Banklardakı istehlak kreditləri, kreditin müddəti, faiz dərəcələri, komissiya və ən əsası məbləği haqqında daha detallı aşağıdakı cədvəldə :
Bank |
Məbləğ (AZN) |
İllik faiz dərəcəsi başlayır |
Komissiya |
Müddət (ay) |
Azərbaycan Beynəlxaq Bankı |
300 – 40 000 |
10,9 % |
0% |
3-60 |
Azər-Türk Bank |
300 – 40 000 |
11% |
0-1% |
3-48 |
Access Bank |
500 – 40 000 |
10% |
0-3% |
6-48 |
AFB Bank |
500 – 50 000 |
10,9% |
0% |
3-59 |
Azərbaycan Sənaye Bankı |
500 – 30 000 |
13% |
1% |
2-36 |
Bank Avrasiya |
500 – 30 000 |
12% |
0% |
12 – 59 |
Bank BTB |
300 – 30 000 |
18% |
0% |
3-48 |
Bank of Baku |
500 – 50 000 |
9,9% |
0% |
3-59 |
Bank Respublika |
200 – 50 000 |
10% |
1% |
3 – 59 |
Expressbank |
300 – 70 000 |
11,9% |
0-3% |
3- 59 |
Kapital Bank |
300 – 50 000 |
10,9 % |
0% |
3- 59 |
Rabitəbank |
300 – 30 000 |
10,5% |
0% |
3-48 |
Turan Bank |
500 – 50 000 |
9,9% |
0-2% |
6-59 |
Unibank |
300 – 50 000 |
9,5% |
0% |
3-60 |
VTB Bank |
300 – 50 000 |
10,49% |
0% |
6-59 |
Xalq Bank |
500 – 150 000 |
12% |
0,5% |
12-59 |
Yapı Kredi Azərbaycan |
300 – 50 000 |
11,5% |
1,65-2% |
3 – 59 |
Yelo Bank |
400 – 50 000 |
10,9% |
1 – 3,5% |
6-59 |
Paşa Bank |
2 000 – 50 000 |
11,5% |
0-3% |
3 – 48 |
Ziraat Bank |
50 000 AZN-dək |
17% |
1% |
36 ayadək |