Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4 – ü ilin birinci yarısını zərərlə tamamlayıb. FED.az xəbər verir ki, 30 bankdan 26-sı bu ilin birinci yarısına olan maliyyə göstəricilərini açıqlayıb.
Bankların təqdim etdiyi hesabat əsasında demək olar ki, ən çox zərər İran Melli Bankının Bakı filialına məxsus olub. Bank 16 mln 905 min manat zərər edib. Zərər edənlər arasında AGBank , Turanbank, Muğanbank və Pakistan Milli Bankının Bakı filialı da var.
Eləcə də bax: Böyük məbləğdə zərərlə bağlı - BANKDAN AÇIQLAMA
Məlumat üçün bildirək ki, ötən birinci yarısı ilə müqayisədə AGBank zərərini 83 % və ya 6 dəfə azaldıb ki, bu da olduqca yaxşı nəticədir. Zərər edən banklar arasında ən aşağı göstərici isə Turanbanka məxsus olub bank cəmi 150 min manat zərər edib.
Eləcə də bax: «AG Bank»ın vəziyyəti məlum oldu – BANK HESABATI
Bu ilin birinci yarısına görə, “Muğanbank”ın zərəri 9 mln 825 min manat, Pakistan Milli Bankının zərəri isə 252 min manat təşkil edib.
Ən çox və ən az zərər edən banklar - SİYAHI
09:26
30 İyul 2019