“Muğanbank”ın ən çox hansı sahəyə kredit verdiyi məlum olub.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bank müştərilərinə 346 milyon 330 min manat kredit verib. Bu ötən ilin sonu ilə müqayisədə 14 milyon 345 min manat və ya 3,97% azdır. Lakin nəzərə alsaq ki, ötən ilin sonu ilə müqayisədə fərq çox deyil, həmçinin hələ il başa çatmayıb. Onda demək olar ki, bank müştərilərinə verdiyi krediti hələ artıra bilər.
Eləcə də bax:Qazanan və zərər edən banklar - MƏLUM OLDU - SİYAHI
“Muğanbank”ın verdiyi kreditlərin pay bölgüsünə gəldikdə isə bank ən çox krediti biznes sahəsinə verib. Bankın müştərilərinə verdiyi kreditin 54,61%-ni və ya 189 milyon 163 min manatını biznes kreditləri təşkil edib. Bu ötən ilin sonu ilə müqayisədə 10 milyon 502 min manat və ya 5,55% çoxdur.
2018-ci ilin yekunu ilə müqayisədə bu ilin 9 ayında bank istehlak kreditlərini azaldıb. Belə ki, ötən ilin sonu ilə müqaisədə bank istehlak kreditlərinə 28 milon 213 min manat və ya 34,08% daha az kredit verib.
Bank biznes kreditləri ilə yanaşı , daşınmaz əmlak kreditlərinə də ayırdığı kreditlərin məbləğini artırıb. Belə ki, ötən ilin sonu bank daşınmaz əmlak sektoruna 98 milyon 750 min manat ayırdığı halda, bu il bu sahəyə 102 milyon 616 min manat kredit ayırıb. Bu da ötən ilin sonu ilə müqayisədə 3 milyon 865 min manat və ya 3,76%çoxdur.