Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov «Atabank»da yarana vəziyyətlə bağlı məsələyə aydınıq gətirib.
FED.az məlumat verir ki, Baş bankir bildirib ki, bankda aparılan yoxlamalar göstərib ki, hazırda bankda ciddi likvidlik problemləri var. AMB bu vəziyyətin necə həll edilməsi ilə bağlı təkliflərini artıq hazırlayıb və elə bu gün Maliyyə Sabitliyi Şurasına təqdim edəcək. «Atabank»la bağlı son qərar da Maliyyə Sabitliyi Şurasında veriləcək: «AtaBank məsələsi Maliyyə Sabitliyi Şurasında müzakirə edilib. Mərkəzi Bank öz təklifini hazırlayıb və bu gün Maliyyə Sabitliyi Şurasına təqdim edəcəkdir. AtaBank barədə qərar tezliklə Maliyyə Sabitliyi Şurasında veriləcək. AtaBankın qorunan əmanətçilər narahat olmasınlar. Qorunmayan əmənətçilərə də əmanətlərini qorunan əmanətə gəlib çevirmələri üçün bildiriş göndəriləcək, bu barədə «AtaBank»ın rəhbərliyinə göstəriş verilib».
Eləcə də bax: Mərkəzi Bankdan - "ATABANK”LA BAĞLI AÇIQLAMA
Elman Rümtəmovun sözlərinə görə, hansı qərarın qəbel ediləcəyini demək hələlik mümkün deyil, amma istənilən halda burada görüləcək tədbirlər Maliyyə Nazirliyi, AMB və Əmanətlərin Sığortalanması Fondu arasında dəqiq koordinasiya tələb edir. «AtaBank»ın bağlanacağını demədim. Biz təkliflərimizi verəcəyik. Bank barədə qərarı isə Maliyyə Sabitliyi Şurasında veriləcəkdir. Mən təkliflərimizi də açıqlaya bilmərəm. Tezlikə bank barədə qərar veriləcəkdir. İstəniən halda onu deyə bilərəm ki, «Atabank»ın çox minli əmanətçiləri öz vəsaitlərindən narahat olmasınlar».