“Unibank” ASC-nin səhm emissiyasından sonra, yeni səhmləri əldə edən şəxslərin adı açıqlandı.
Eləcə də bax: “Unibank”ın səhmdarlarının pay bölgüsü - DƏYİŞİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Bakı Fond Birjasında Unibank KB ASC-nin hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 5 000 001.92 manat məbləğində, 1 838 236 ədəd əlavə buraxılmış sənədsiz səhmlərinin yerləşdirilməsi uğurla başa çatıb. Bunun nəticəsində “Unibank”ın nizamnamə kapitalı artaraq 130 686 357.60 manata çatıb. Emissiyanın yekunları haqda hesabat artıq Mərkəzi Bank tərəfindən təsdiq olunub. Nizamnamə kapitalının artımı ilə səhmdarların pay bölgüsündə də dəyişikliklər olub.
28 dekabr 2021-ci il tarixdə bağlanılan əqdlərə görə, 1 737 887 ədədini bankın əsas səhmdarı olan Eldar Quliyev əldə edib, bu da nominal ifadədə 4 727 052.64 manat deməkdir. Bununla onun nizamnamə kapitalında payı 86.6960%-ə yüksəlib.
Digər hissəsini isə Emin Quliyev əldə edib. O, 65 114 ədəd, yaxud 177 110.08 manat emisya edilmiş səhmi alıb. Bununla da ümumi səhm kapitalında payı 0.3592% təşkil etmişdir.