“Unibank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
Eləcə də bax: "Unibank" nizamnamə kapitalını - ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 5 000 001,92 manat və yaxud təxminən 4% artıraraq 125 686 355,68 manatdan 130 686 357,6 manata çatdırılmasından sonra baş verib. Kapital artımı üçün "Unibank"ın dövriyyəyə buraxdığı hər birinin nominal dəyəri 2,72 manat olan 1 838 236 ədəd yeni səhmi yerli fiziki şəxslər alıb. Son nəticədə Bankın Müşahidə Şurasının sədri və əsas səhmdarı Eldar Qəribovun payı 86,3839%-dən 86,6960%-ə yüksəlib. Digər yerli fiziki şəxslərin (Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov, Zemfira Cəfərova, Emin Quliyev və digərləri) payı isə 5,459%-də dəyişməz qalıb. Xarici fiziki şəxslərin payı 0,5567%-dən 0,5354%-ə, xarici hüquqi şəxslərin payı isə ("Canley Finance SA") payı isə 7,6004%-dən 7,3096%-ə düşüb. Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb.