Bu ilin II rübündə "Yapı Kredi Bank Azərbaycan"ın depozit portfeli 373 milyon 817 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Bu ötən ilin sonu ilə müqayisədə 7 milyon 122 min manat və ya 2% çoxdur.
Depozit portfelində fiziki şəxslərin əmanətləri son 6 ay ərzində 24 milyon 574 min manat və ya 27% artaraq 114 milyon 533 min manata düşüb.
Hüquqi şəxslərin depozitləri isə 259 milyon 284 min manat təşkil edib.