Azərbaycanda qardaş Türkiyə kapitalı ilə fəaliyyət göstərən «Yapı Kredi Bank Azərbaycan» 2024-cü ilin 2-ci rübünün uğurlu nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövründə «Yapı Kredi Bank Azərbaycan» böyüməkdə davam edib, mənfəəti artıb.
2024-cü ilin ilk 6 ayında «Yapı Kredi Bank Azərbaycan»ın faiz gəlirləri 21,3 milyon manat olub, bu ötən ilin eyni dövrünə nisbətən 4 milyon manat və ya 23 faiz artıqdır.
Faiz gəlirlərinin 3-də 2-si kreit portfelinin payına düşür. Bankın 314 milyon manata çatan kredit portfeli ona 14,8 milyon manat gəlir gətirib. «Yapı Kredi Bank Azərbaycan»ın gəlir mənbələri şaxələnmiş vəziyyətdədir –digər banklardakı depozitlər, maliyyə təşkilatlarına verilən kreditlər və yatırım edilmiş qiymətli kağızlar bankın balanslı gəlirlərini təmin edib.
Qiymətli kağızlara yatırılmış 72,6 milyon manat banka yarım ildə 2,5 milyon manat, başqa banklardakı depozitlər 2,7 milyon manat, maliyyə təşkilatlarına verilən kredilər isə «Yapı Kredi Bank Azərbaycan»a 1,3 milyon manat gəlir gətirib.
Hesabat dövründə bankıvn faiz xərcləri isə 2 dəfə artaraq 2,5 milyon manatı keçib. 2 milyon manat bankda əmanəti olan şəxslərə faiz olaraq ödənilib, 500 min manata yaxın vəsait isə cəlb olunmuş kreditlər üzrə ödənişlərdir.
Nəticədə bank yarım ili 18,7 milyon manat xalis gəliri ilə başa vurub.
İlk 6 ayda bankın qeyri-faiz gəlirləri 2 milyon manat artaraq 11,3 milyon manatı keçib. Bu dövrdə haqq və komissiya gəlirləri 2 milyon artaraq 8,7 milyon manata çatıb. Valyuta əməliyyatlarından gəlirlər 2,7 milyon manat olub.
«Yapı Kredi Bank Azərbaycan»ınr qeyri-faiz gəlirlərində isə 4,5 milyon manatlıq və ya 25% artım baş verib. Bunun 1,5 milyon manatı əmək haqqı xərclərinin artımıdır – 6,3 milyondan 7,8 milyon manata yüksəlib. Ümumi və inzibati xərclər isə 20% artaraq 4,4 milyon manat olub.
Nəticədə bank yarım ili təqribən 6 milyon manat vergidən əvvəlki mənfəətlə başa vurub, 1,6 milyon manatlıq mənfəət vergisi ödənişindən sonra «Yapı Kredi Bank Azərbaycan»ın xalis mənfəəti 4 milyon 382 min manat olub. Bu əvvəlki ilin eyni dövrünə nisbətən 20% artıqdır.
2024-cü ilin ilk yarım ilində «Yapı Kredi Bank Azərbaycan»ın aktivləri 10 milyon manatdan çox artaraq 526 milyon manatı keçib.
Bankın kredit portfeli 20 milyon manat və ya 7% artaraq 313 milyon manata çatıb. İlk yarım ildə kreditlərin bütün növlərində artım olub. Kreditləri artırmaq üçün «Yapı Kredi Bank Azərbaycan» nağd vəsaitlərini və qiymətli kağızlara yatırımlarını 10-12 milyon manat azaldıb.
Yarım ilin sonuna bankın depozit portfeli 2% artaraq 373 milyon manatı keçib. Bu vəsaitlərin byöük hissəsi, yəni 260 milyon manatı hüquqi şəxslərin – şirkətlərin payına düşsə də, artım fiziki şəxslərin əmaətlərinin hesabına baş verib, bu göstərici 90 milyondan 114 milyon manata yüksəlib.
Hesabat dövnründə bankın kapitalı da artıb və ilin əvvəlindəki 98 milyon manatdan daha 4 milyon manat yüksələrək 102 milyon manatı keçib.