2024-cü ilin ilk 6 ay ərzində “Unibank”ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyard 96 milyon 954 min manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu da ötən ilin sonu ilə müqayisədə 49 milyon 213 min manat və ya 5% artım deməkdir.
Cari ilin ilk yarısında ötən ilin sonu ilə müqayisədə “Unibank”ın portfeli biznes kreditləri portfeli 48 milyon 743 min manat və ya !15% artaraq 378 milyon 140 min manata çatıb.
İpoteka kreditləri portfeli isə 2 milyon 894 min manat və ya 3% artaraq 93 milyon 632 min manata yüksəlib.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 625 milyon 182 min manat təşkil edib.