2023-cü ilin son rübündə "AFB Bankın depozit portfeli 168 milyon 256 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Məlumata görə bu 2022-ci ilin sonu ilə müqayisədə 52 milyon 88 min manat (44,8%) çoxdur.
Depozit portfelinin 73 milyon 245 min manatı fiziki şəxslərin, 95 milyon 11 min manatı isə hüquqi şəxslərin depozitləri olub. Fiziki şəxslərin əmanətləri son bir ildə 43 milyon 426 min manat (2,5 dəfə) və hüquqi şəxslərin əmanətləri isə 8 milyon 662 min manat (10%) artıb.