Azərbaycanın aparıcı banklarından olan "AFB Bank"ın 2023-cü ilin son rübündə bankın kredit portfeli 180 milyon 50 min manat təşkil edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın kredit portfeli əvvəlki illə müqayisədə 9 milyon 196 min manat və ya 5,4% artıb.
2022-ci ilin son rübündə bu göstərici 170 milyon 854 min manat təşkil edib.
Ümumi kredit portfelinin 22 milyon 7 min manatı istehlak, 96 milyon 225 min manatı biznes, 61 milyon 818 min manatı isə ipoteka kreditlərinin payına düşüb.
İllik müqayisə ilə istehlak kreditləri 2 milyon 927 min manat, ipoteka kreditləri isə 11 milyon 717 min manat (23,4%) böyüyüb.
Bundan başqa kredit portfelinin 17 milyon 952 min manatını mümkün zərərlər üçün yardılan ehtiyat məbləği təşkil edib.
Nəticədə xalis kredit portfelinin məbləği 162 milyon 98 min manat həcmində olub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 milyon 538 min manat, yəni 8,4% çoxdur.