Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fiziki şəxslərin depozitləri 12 milyard 253,7 milyon manata çatıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Əhalinin banklardakı əmanətləri illik müqayisədə 913,8 milyon manat, yəni 8,1% artıb.
Əmanətlərin 6 milyard 736,7 milyon manatı tələbli, 5 milyard 517 milyon manatı isə müddətli depozitlər olub.
Bunlar da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 678,7 milyon manat (11,2%) və 235 milyon manat (4,5%) çoxdur.
Sahibkarlıqla məşğul olan fiziki şəxslərin əmanətləri isə 22,7 milyon manat və ya 9,1% artaraq 271,4 milyon manata yüksəlib.