Bu ilin yanvar-noyabr aylarında Azərbaycan banklarının depozit portfeli 33 milyard 225,7 milyon manat olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bunun da 12 milyard 253,5 milyon manatı fiziki şəxslərin payına düşüb.
Fiziki şəxslərin depozitlərinin 6 milyard 736,5 milyon manatı tələbli, 5 milyard 517 milyon manatı isə müddətli depozitlərdir.
Bundan başqa hüquqi şəxslərin depozitləri 20 milyard 972,2 milyon manat olub ki, onun da 4 milyard 127,8 milyon manatı müddətli, 16 milyard 844,4 milyon manatı isə tələbli depozitlər olub.