Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli avqust ayında da üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.9%-i və ya 35,003.9 mln. manat.
FED.az Mərkəzi Bankın açıqladığı statistik bülletenə istinadən xəbər verir ki, depozit portfelinin 60.3%-i (21,112.1 mln. manat) hüquqi şəxslərin, 39.7%-i (13,891.8 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. •
Fiziki şəxslərin əmanətlərinin 65.6%-i (9,110.2 mln. manat) milli valyutada, 34.4%-i (4,781.7 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.1%-i (8,215.5 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Fiziki şəxslərin müddətli əmanətləri avqust ayında 1.8% və ya 147.8 mln. manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 15,830.8 mln. manat (ay ərzində artım 2.9% və ya 439.3 mln. manat) olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75%-ni təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması avqust ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalaraq 33.9% təşkil edib.