2023-cü ilin mart ayının 1-nə Azərbaycanda əhalinin banklarda olan əmanətlərinin həcmi 11 mlrd. 901 mln. 838 min manat təşkil edib.
Vergiyə cəlbetmə əmanətlərə - BELƏ TƏSİR EDTİ
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əmanətlərin 88,9%-i və ya 10 mlrd. 574 mln. 951 min manatı Bakı şəhərindən cəlb edilib.
Qeyd edək ki, Bakı şəhərindən cəlb olunmuş əmanətlərin 6 mlrd. 98 mln. 458 min manatı milli valyutada, 4 mlrd. 476 mln. 493 min manatı isə sərbəst dönərli valyutada olub. Milli valyutada olan əmanətlərin orta faiz dərəcəsi 5%, sərbəst dönərli valyutada olan əmanətlərin orta faiz dərəcəsi isə 0.98% olub. (Apa)