2024-cü ilin yanvar ayında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 187,9 milyon manat dəyərində əməliyyat aparılıb.
Bu barədə FED.az İxrac İcmalına istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, əcnəbilər ödəniş kartları ilə Azərbaycanda 2022-ci ilin yanvar ayında 204,7 milyon manatlıq, 2023-cü ilin yanvarında isə 171,5 milyon manatlıq əməliyyatlar aparmışdılar.