2020-ci il dünya banklarının son 5 il ərzində işçilərini ən çox ixtisar etdiyi dövr olub.
Eləcə də bax: Azərbaycanda bank işçilərinin sayı yenidən azaldı – 1 Ayda 19 Nəfər İxtisar Edilib
FED.az bildirir ki, bu barədə "Bloomberg" öz hesablamalarına istinadən xəbər verir.
Banklarda işçi ştatının kəskin azalmasının COVID-19 pandemiyasının biznesə yaratdığı təzyiq nəticəsində baş verdiyi bildirilir. İxtisarlar planları haqqında sonuncu dəfə məlumat verən Niderlandın "ABN Amro Bank"ı və İspaniyanın "Banco de Sabadell" bankları olub. Sözügedən banklar ümumən 4,6 minə yaxın işçisini azad etmək niyyətindədir.
Qeyd edək ki, "Bloomberg"in hesablamalarına görə, cari ildə dünya banklarında ümumi ixtisarlar 85,54 minə çatıb. Regionlara gəldikdə, bu il Avropa banklarında 68,82 min, Asiya-Sakit okean regionunda 9,33 min, Şimali Amerikada isə 5,96 insan işindən məhrum olub.
Xatırladaq ki, Azərbaycanda bu il ərzində bank işçilərinin sayı 924 nəfər azalaraq oktyabrın 30-na 18 536 nəfərə enib.(APA)