«Deutsche Bank» özünün Rusiyadakı ofislərindən yüzlərlə İT mütəxəssisini Almaniyaya köçürüb.
Eləcə də bax: Yaponiya “Rosselxozbank”a və Moskva Kredit Bankına sanksiya - TƏTBİQ EDİB
FED.öaz xəbər verir ki, bu barədə «FT» və «Handelsblatt» qəzetləri məlumat yayıb. Rusiyanın Ukraynaya hücumundan əvvəl bu bankın Rusiyadakı - Moskva və peterburqdakı ofislərində 1500 proqramçı işləyirdi, onların yarısı ailələri ilə birlikdə Almaniyaya köçməyə razılıq veriblər.
«Bu evakuasiya deyil, işçilərin standart köçmə qərarı idi, sadəcə əvvəlkindən daha çox sayda»-deyə şirkət nümaynədələri bildirib.
Proqramçılar Berlində ailələri ilə yaşayacaqlar, ümumilikdə bank4 əməkdaşları sırasından Rusiyanı təqribən 2000 nəfər tərk edib. Bu işlər baş verəndə «Deutsche Bank» narahzat olub ki, Rusiya xüsusi xidmət orqanları İT mütəxəssislərin vasittəsilə banka gizli agentlər yerləşdirə bilərlər. Ona görə də Almaniyaya köçənlər ciddi araşdırılıb və onlara nəzarət edilib: «Hərçənd Almaniyaya köçən mütəxəssislərin çoxu bizdə 20 ildən artıq idi ki, işləyirdi və biz onları yaxşı tanıyırıq»-deyə bankdan bildirilib. Artıq həmin əməkdaşlar bankın Berlin ofislərində işə başlayıblar.