2019-cu ilin dekabr ayında Azərbaycanda fəaliyyət göstərən 3 bankda milli valyutada əhalidən cəlb edilən əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb.
Eləcə də bax: Azərbaycanda real sektora kredit qoyuluşu bir ildə - 20%-DƏN ÇOX ARTIB
FED.az “Report"a istinadən xəbər verir ki, manatla qəbul olunan depozitlərin faiz dərəcələri “Azərbaycan Sənaye Bank”da 9,00-10,00%-dən 6,00-7,00%-ə, “Yapı Kredi Bank”da 5,50%-dən 5,00%-ə endirilib, “Azərbaycan Beynəlxalq Bank”da isə 8,00-8,50%-dən 9,00-9,50%-ə artırılıb.
Bütövlükdə banklar milli valyutada olan əmanətləri 4,00-12,50% diapozonunda qəbul edir. Ən yüksək faizi "NBC Bank", ən aşağı – “Naxçıvan Bank” təklif edir.
Banklar dollar əmanətlərini 0,25-3,00%-lə cəlb edirlər. Bu valyutada olan əmanətlər üzrə ən yüksək faiz dərəcəsi “Bank BTB”, "NBC Bank" və "Nikoil Bank"dadır.
Avro əmanətləri üzrə faiz dərəcələri 0,10-3,00% civarında dəyişir. Ən yüksək faiz dərəcəsini "NBC Bank" təklif edir.
Məlumatların toplanmasında əsas kriteriya kimi əmanətlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1 000 manatı aşmaması götürülüb. Bu baxımdan araşdırmaya "Paşa Bank" (minimum məbləğ 20 000 AZN), "Premium Bank" (20 000 AZN) və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.
Daha ətraflı məlumat aşağıdakı infoqrafikada təqdim olunub: